Fariz Yusifovun “Bakı” – “Karvan” oyununda idarəçiliyi yüksək qiymətləndirilib
21.04.2008 - 16:29
Fariz Yusifovun “Bakı” – “Karvan” oyununda idarəçiliyi yüksək qiymətləndirilib
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan Premyer Liqasının XXII turuna təyinat alan hakimlərə verilən qiymətlər açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Bakı” – “Karvan” oyununda hakimliklə bağlı narazılıq olsa da, matçı idarə edən Fariz Yusifova verilən qiymət bunun əksini göstərib. Cari mövsümdə ən yüksək bal (8,6) alan 34 yaşlı FİFA hakiminin idarəçiliyi yenə yaxşı qiymətləndirilib.

“Masallı” – “Olimpik” – 1:2.
Baş hakim: Babək Quliyev - 8,2. Hakim-köməkçiləri: Azad Ə.Hüseynov Azad - 8,2, Mehman Mahmudov Mehman - 8,2, Hacıəli Ağayev - 8,0

“Simurq ” – “Neftçi” – 0:0
Baş hakim: Vüsal Əliyev - 8,3. Hakim-köməkçiləri: Ramiz Əsədov - 8,3, Munis Abdullayev - 8,1, Ceyhun Haşımov - 8

“Qəbələ” – ABN – 2:0
Baş hakim: Anar Niyazov - 8,5. Hakim-köməkçiləri: Elşən Durmuşov – 9, Aydın Ələkbərov - 8,2, Əli Əliyev - 9

“Gənclərbirliyi”- “Turan” – 1:1
Baş hakim: Anar Salmanov - 8,1. Hakim-köməkçiləri: Azad Q.Hüseynov - 8,1, İlham Əliyev - 8,1, Ramiz Əhmədov - 8

“İnter”-“Qarabağ” – 1:0
Baş hakim: Azad Mütəllimov - 7,9. Hakim-köməkçiləri: Azər Əsgərov - 8,6, Arif Ağayev - 8,6, Əmrah İbrahimov - 8

“Bakı” - “Karvan” – 3:3
Baş hakim: Fariz Yusifov - 8,3. Hakim-köməkçiləri: Roman Vasilyev - 8, Vasif Məmmədov – 8, Eldar Nağıbəyov - 8

“Standard” - “Xəzər-Lənkəran” – 0:1
Baş hakim: İmanxan Sultani - 8,2. Hakim-köməkçiləri: Vaqif Ayvazov - 8, Azər Əsgərov – 8,5, Anar Salmanov - 8
0