yer | Hakimlər | Orta qiymət | oyun |
1 | Peter Sippel | 8,50 | 1 |
2 | Knut Kirxer | 8,40 | 1 |
3 | Zöhrab Qədiyev | 8,25 | 2 |
4 | Mark Simonn | 8,20 | 1 |
5 | Fariz Yusifov | 8,14 | 21 |
6 | Babək Quliyev | 8,14 | 20 |
7 | Anar Salmanov | 8,06 | 12 |
8 | Vüsal Əliyev | 8,04 | 21 |
9 | Anar Niyazov | 8,03 | 9 |
10 | Arif Ağayev | 8,00 | 1 |
11 | Babak Rafati | 8,00 | 1 |
12 | Habil Əliyev | 8,00 | 1 |
13 | Samir Hüseynov | 8,00 | 1 |
14 | Venera Muradova | 8,00 | 2 |
15 | Zahid Həşimov | 8,00 | 2 |
16 | Rövşən Əhmədov | 7,99 | 20 |
17 | Hacıəli Ağayev | 7,95 | 2 |
18 | Elçin Səmədov | 7,89 | 12 |
19 | Əli Əliyev | 7,85 | 2 |
20 | Eldar Nağıbəyov | 7,83 | 16 |
21 | Ceyhun Haşımov | 7,80 | 12 |
22 | Əmrah İbrahimov | 7,80 | 3 |
23 | İmanxan Sultani | 7,76 | 18 |
24 | Azad Mütəllimov | 7,69 | 15 |
25 | Feyzulla Feyzullayev | 7,65 | 8 |
26 | Elnur Muradov | 7,40 | 2 |
27 | Əfqan Həmzəyev | 7,12 | 10 |
28 | Ramiz Əhmədov | 7,10 | 3 |
Sabiq FİFA referisi Zöhrab Qədiyev mövsümün ən yaxşı üçüncü hakimidir
06.05.2008 - 12:49
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. AFFA-nın üç illik fasilədən sonra bağışladığı sabiq FİFA referisi Zöhrab Qədiyev mövsümün ən yaxşı hakimləri siyahısında üçüncü pilləyə yüksəlib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqası və kubokunun oyunlarını 28 baş hakim idarə edib. 4 almaniyalı və 24 yerli hakimin idarəçiliyinə verilən qiymətlərə əsasən, mövsümün ən yaxşıları arasında əcnəbilər ön sıralardadır. İlk 4 pillədə yalnız bir azərbaycanlı hakim - Z.Qədiyev qərarlaşıb ki, o da cəmi iki oyunun orta qiymətinə görə üçüncü sıradadır. Ən azı oyunların yarısında, yəni 16 qarşılaşmada iştirak edən 6 hakim arasında isə ən yüksək qiymət Fariz Yusifova məxsusdur.
0
0