Gürcüstanla qarşılaşacaq Azərbaycan yığmasının heyəti açıqlanıb
25.07.2008 - 15:30
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) Gürcüstanla keçirəcəyi yoldaşlıq görüşlərinə heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamızın almaniyalı baş məşqçisi Bernard Lippert qarşıdakı iki oyuna 19 futbolçu çağırıb. Bunlar Elvin Zeynalov, Tərlan Quliyev, Tural İsgəndərov, Araz Abdullayev, Amit Quluzadə, Mirhüseyn Seyidov, Rəşad Hacızadə, Azər Məmmədov, Qara Qarayev, Murad İsgəndərli, Ruslan Tağızadə, Elnur Abdulov, Murad Qurbanov, Rəhman Hacıyev, Məhəmməd Qurbanov, Aleksey Qavrilyuk, Kiril Bejenar, Andrey Popoviç, Eltun Yaqubludur. B.Lippert üç legioneri də sınamaq fikrindədir ki, bunlar Aleksey Qavrilyuk, Kiril Bejenar və Andrey Popoviçdir. U-17 gürcü həmyaşıdları ilə iyulun 28-də və 30-da görüşəcək. Hər iki oyun Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, bu, U-17-nin az öncə Avstriyada “Yuxarı Avstriya Kuboku” turnirinin qalibi olduqdan sonra ilk sınağı olacaq. B.Lippertin komandası sentyabrın son 10 günlüyündə Polşada Avropa çempionatının seçmə qrup mərhələ oyunlarında mübarizə aparacaq.

0
0