Ağasəlim Mircavadov “Xəzər-Lənkəran” klubunun baş məşqçisi postundan istefa verib
01.08.2008 - 12:32
Bu haqda “APA-Sport” agentliyinə A.Mircavadovun özü məlumat verib. 61 yaşlı mütəxəssis istefa ərizəsini vətənə qayıtdıqdan sonra klubun vitse-prezidenti Tuyqun Nadirova təqdim etdiyini bildirib. Qərarını çox yorulması ilə əlaqələndirən A.Mircavadov vurğulayıb ki, bir daha “Xəzər-Lənkəran”a qayıtmaq fikrində deyil: “Hələ Premyer Liqada son mövsüm başa çatdıqdan sonra getmək istəyirdim. Lakin rəhbərlik icazə vermədi. “Xəzər-Lənkəran”da çalışdığım iki il ərzində çox yoruldum. Bir müddət istirahətə ehtiyacım var”. Klub rəhbərliyi ilə münasibətlərində heç bir problemin olmadığını söyləyən A.Mircavadov Cənub komandasına qarşı kin bəsləmədiyini vurğulayıb: “Mətbuatda klubun prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirovla aramızda problemin olduğu haqda yazılanlar doğru deyil. Həm onlarla, həm futbolçularla, həm də “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla gözəl münasibətlərim var. Mənə qarşı klub daxilində heç bir təxribat olmayıb. Klubdan ayrılsam da, heç kimə qarşı kinli deyiləm. Lənkəranda çalışdığım dövrdə yaxşı dostlar qazandım. Məndən sonra çalışacaq yerli və ya əcnəbi baş məşqçiyə uğurlar arzulayıram”.
Baş məşqçi UEFA kubokunun ilkin təsnifat mərhələsində uğursuzluğa düçar olmalarını belə izah edib: “Düşünürdüm ki, mövsümlərarası fasilədə komandamızı gücləndirərək, UEFA kubokunda yaxşı çıxış edəcəyik. Lakin heyətə qatdığımız oyunçuları iştirak ərizəsinə daxil edə bilmədik. “Lex”in güclü komanda olduğunu bilirdik. Polşalılarla qarşılaşmalara ciddi hazırlaşmışdıq. Amma xətlərarası əlaqənin zəifliyi üzündən oyunumuz alınmadı. Həm müdafiə, həm də yarımmüdafiə xəttində çoxlu səhvlər buraxdıq. Xüsusən, sağ cinah oyunçularımız Rəşad Abdullayev və Mahir Şükürov ən zəif oyunlarından birini keçirdilər. Juninyonu zədəsi tam sağalmadığı üçün meydançaya buraxmaq istəmirdim. Sadəcə, məcburiyyətdən oynatdım”.
Qeyd edək ki, A.Mircavadov 2006-cı ilin iyulunda ukraynalı baş məşqçi Viktor Pasulkonun əvəzinə “Xəzər-Lənkəran” klubuna baş məşqçi təyin olunub. Bu postda fəaliyyəti ərzində təcrübəli mütəxəssis Lənkəran komandasına tarixində ilk dəfə Azərbaycan çempionluğunu, iki dəfə ölkə kubokunu, eləcə də “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turnirini qazandırıb.

0
0