Azərbaycan futbol klubunun sabiq məşqçisi “Qalatasaray”da çalışacaq
01.08.2008 - 14:02
Azərbaycan futbol klubunun sabiq məşqçisi “Qalatasaray”da çalışacaq
Bakı. Elçin Məmmədov - APA-Sport. Ağdamın “Qarabağ” klubunda fiziki hazırlıq məşqçi postundan ayrılan Mehmet Ak Türkiyə çempionu “Qalatasaray”la müqavilə bağlayıb. Bu haqda “APA-Sport» agentliyinə türkiyəli mütəxəssisin özü məlumat verib. Onun sözlərinə görə, «Qalatasaray»a keçidi İstanbul təmsilçisinin meneceri Adnan Sezginin dəvəti ilə baş tutub. M.Ak «sarı-qırmızılar»ın almaniyalı baş məşqçisi Mixail Skibbenin fiziki hazırlıq üzrə köməkçisi və klubun aşağı yaş qrupu üzrə komandasında məşqçi kimi çalışacağını açıqlayıb: “Sezgini hələ Türkiyənin “Şəkərspor” komandasında birgə çalışdığımız vaxtdan tanıyıram. O, əvvəllər də məni bir neçə dəfə “Qalatasaray”a çağırmışdı. Lakin həmin vaxt “Qarabağ”da yenicə işə başladığım üçün dəvəti qəbul etməmişdim. İndi isə Ağdam klubu ilə müqaviləmi qarşılıqlı razılıq əsasında pozmuşam”.
Qeyd edək ki, M.Ak Türkiyənin paytaxtı Ankarada bir aylıq “Pro” kateqoriyalı məşqçilik kursunu yenicə başa vurub.
0