Dünya və Avropa çempionu ürəyindəki problem ucbatından futbolçu karyerasını başa vurdu
02.08.2008 - 10:53
Bakı. Mehman Süleymanov - APA-Sport. Fransa yığmasının kapitanı Lilian Türam futbolçu karyerasını başa vurub. Avro-2008-dən sonra yığmada çıxışını bitirdiyini bəyan edən 36 yaşlı müdafiəçi ürəyindəki problemə görə futbolçu həyatını başa vurmağa məcbur olub. “APA_Sport” agentliyinin məlumatına görə, tibbi müayinə L.Türamın ürəyində qüsurun olduğunu aşkara çıxarıb. “Barselona”nın müdafiəçisi hadisələrin belə olmasından heyfsilənib: “Futbolçu karyeramı davam etdirmək istəyirdim. Vətənimə qayıdıb, PSJ klubuna keçidə yaxın idim. Ancaq sağlamlığım buna imkan vermədi. Təəssüf ki, karyeramı başa vurmalı oluram”.
Futbolçu karyerasına 1990-cı ildə “Monako” klubunda başlayan L.Türam 6 ildən sonra legioner karyerasına başlayıb. 2006-cı ildə “Yuventus”dan “Barselonaya”ya keçən müdafiəçi bunadək İtaliyada “Parma” klubunda çıxış edib. Millidə 142 görüş keçirən L.Türam oyun sayına görə rekordçudur.
Qeyd edək ki, L.Türam yığmanın heyətində 1998-ci ildə dünya, bundan iki il sonra Avropa çempionluğunu qazanıb.

0
0