Oqtay Dərəlioğlu “Xəzər-Lənkəran” klubunu çalışdıracağını istisna etmir
02.08.2008 - 13:56
2004/05 mövsümündə Lənkəran təmsilçisinin heyətində Azərbaycan çempionatının gümüş mükafatını qazanan 33 yaşlı türkiyəli futbolçu bildirib ki, hələlik konkret hansısa mütəxəssis üzərində dayanmayıb: “Bir neçə namizədlə danışıq aparıram və yekunda seçim edəcəyik. Son qərarımızı vermək üçün Bakıya gəlməyim lazımdır. Bunu qarşıdakı günlərdə edəcəyəm”. O.Dərəlioğlu qeyd edib ki, “Xəzər-Lənkəran” klubunun yeni baş məşqçisi türkiyəli yox, Avropadan tanınmış mütəxəssis olacaq: “Baş məşqçi postuna namizədlərlə əvvəldən tanışlığım olub. Ancaq danışıqlar başa çatmadığı üçün onların adlarını açıqlamağı məqsədəuyğun saymıram. Yalnız onu söyləyə bilərəm ki, “Xəzər-Lənkəran”la bağlı böyük planlarımız var və inanılmaz dərəcədə inkişaf olacaq”. O.Dərəlioğlu Premyer Liqanın startına az qaldığı üçün baş məşqçi məsələsinə tez bir zamanda aydınlıq gətirməyin vacibliyini söyləyib: “Çünki vaxt azdır və artıq bir həftəyə Azərbaycan çempionatında yeni mövsüm başlayır. Avqustun 9-da ilk turda Yevlaxda “Karvan”la görüşümüz var. Bundan sonra – avqustun 16-da İstanbulda “İsmət İnönü” stadionda vida oyunum olacaq və bu zaman “Xəzər-Lənkəran”la “Beşiktaş” görüşəcək. Məşqçi kimi fəaliyyətimə “Xəzər-Lənkəran”da başlamaq fikrim yoxdur. Ancaq ola bilsin ki, baş məşqçi məsələsi həll olunanadək komandanı müvəqqəti çalışdırdım. Hər halda, bu, yeni baş məşqçi ilə danışıqların nəticəsindən asılı olacaq”.
0
0