Milli komandamızın sabiq futbolçusu “Botafoqo”ya qol vurdu - VİDEO
01.03.2010 - 12:08
Milli komandamızın sabiq futbolçusu “Botafoqo”ya qol vurdu - VİDEO
Braziliyanın ən nüfuzlu birinciliklərindən olan Rio-de-Janeyro ştatının çempionatında ikinci mərhələyə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Leandro Qomeş “Taça Rio”nun ilk turunda qol vurmağa nail olub.

“Amerikano” klubunun şərəfini qoruyan 34 yaşlı hücumçu birinci mərhələnin qalibi olmuş məşhur “Botafoqo” ilə görüşdə fərqlənib. Qonaqların hesabı açmasından sonra Qomeş 33-cü dəqiqədə meydan sahiblərinin bərabərlik qolunu vurub. Lakin “Botafoqo” futbolçuları ikinci hissədə vurulan 2 qolla qələbəni bayram ediblər – 3:1.

Qeyd edək ki, Qomeş və komandası bu oyuna yeni baş məşqçinin rəhbərliyi altında çıxıb. İlk mərhələdə Heron Ferreyra və Alfredo Sampayonun çalışdığı “Amerikano”ya artıq Paulo Markos rəhbərlik edir.
0