Azərbaycan çempionlarının qənimləri nəyi bölə bilmədi? - VİDEO
09.03.2010 - 13:31
Polşa çempionatının növbəti turu qalmaqalla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Lodz derbisindən sonra azarkeşlərlə polis arasında kütləvi iğtişaş baş verib.
Bu şəhəri təmsil edən LKS və “Vidzev” arasındakı prinsipial görüş başa çatan kimi stadionda başlayan qalmaqal şəhərin küçələrinə də yayılıb. Komandasının 0:2 hesabı ilə uduzmasından narazı qalan “Vidzev” fanatları dava-dalaşa start verib. Qəzəblənmiş azarkeşlər onları sakitləşdirməyə çalışan polisin də sözünə qulaq asmayıb. Asayiş keşikçilərini fişəng və digər yanan əşyalarla atəşə tutan fanatlar asanlıqla təslim olmayıb. Polislər yalnız su atanlarla sakitləşdirə bilib. Dava-dalaş zamanı 11 polis əməkdaşı xəsarət alıb və onlarla fanat saxlanılıb.
Qeyd edək ki, “Vidzev” və LKS Azərbaycan çempionlarının qənimləridir. Onlar müvafiq olaraq “Neftçi” və “Kəpəz”i Çempionlar Liqasında üstələyib. 1997/98 mövsümündə “Vidzev” 8:0 və 2:0, bir il sonra isə LKS isə 3:1 və 4:1 hesabı ilə qalib gəlmişdi.

0
0