"Atletiko" - "Barsa" matçını bu hakim idarə edəcək
13.04.2026 - 12:39
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin vacab matçları çərçivəsində keçiriləcək “Atletiko Madrid” – “Barselona” oyununa hakim təyinatları müəyyənləşib.
Apasport.az xəbər verir ki, görüşü fransalı Kleman Turpin idarə edəcək.
Ona həmyerliləri Nikolas Danos və Benjamin Paj köməklik göstərəcək. 4-cü hakim funksiyasını Matye Vernis yerinə yetirəcək.
Qeyd edək ki, sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0