Con Duran “Fənər”lə razılaşdı
01.07.2025 - 10:16

Səudiyyə Ərəbistanını təmsilçilərindən “Əl-Nəsr”in futbolçusu Con Duran karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, 21 yaşlı forvard "Fənərbaxça" ilə razılaşma əldə edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Kolumbiya millisinin üzvü 1 illik icarə əsasında "sarı-lacivərdlilər"in şərəfini qoruyacaq.
Duranın yaxın günlərdə İstanbula gələrək tibbi müayinədən keçməsi gözlənilir.
Qeyd edək ki, hücumçu “Əl-Nəsr”in heyətində çıxış etdiyi 18 rəsmi matçda 12 qola imza atıb.
0
0