"Fənər"dən sonra “Beşiktaş” da Azərbaycanı təbrik edib - YENİLƏNİB
18.10.2025 - 14:33

"Fənərbaxça"dan sonra "Beşiktaş" Futbol Klubu da Azərbaycanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi sosial media hesablarından paylaşım edilib:
"Can və qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun".
****
11:13
Türkiyənin "Fənərbaxça" klubu 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi sosial şəbəkə hesabında paylaşım edib:
"Dost və qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun".
1
0