Ramos Meksika klubunda - Rəsmi
07.02.2025 - 11:34
Məşhur ispaniyalı futbolçu Serxio Ramosun Meksika "Monterrey"inə keçidi rəsmiləşib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı müdafiəçi ilə müqavilə imzalanıb. Onun yeni komandasında 93 nömrə altında çıxış edəcəyi bildirilib.
Xatırladaq ki, Ramosun son klubu “Sevilya” olmuşdu. O, ötən yay La Liqa təmsilçisindən ayrılıb. Futbolçu karyerası ərzində "Real" və PSJ-də də oynayıb.
0
0