Azərbaycan çempionatının qalibləri müəyyənləşib
19.03.2008 - 19:10
Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Bakı. Elşən Məmmədov - APA-Sport. Maştağa Olimpiya Kompleksində keçirilən sumo üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Bu haqda «APA-Sport» agentliyinə yarışın baş hakimi, milli komandamızın baş məşqçisi Rüfət İsmayılov məlumat verib. Onun sözlərinə kiçik yeniyetmələr, yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunan ölkə birinciliyinə 100-dən çox idmançı qatılıb. Sumoçular Bakı, Sumqayıt, Şamaxı, Siyəzən, Ağstafa, Tovuz, Sumqayıt və Zaqatalanın ümumilikdə 14 klubunun təmsilçiləri olublar. Gülmirzə Süleymanov (55 kq), Əmrah Əmrahov (75 kq), Asim Əlişanlı (+90 kq) kiçik yeniyetmələrin, İnqilab Məmmədov (60 kq), Tural Novruzov (80 kq), Sadiq Əhmədov (100 kq), Səttar Hüseynov (+100 kq) yeniyetmələrin, Emil Həsənov (65 kq), Teymur Əhmədov (85 kq), Rafael Şahverdiyev (115 kq), Seymur Əliyev (+115 kq) gənclərin, Səlim Ələkbərov (85 kq), Rəşad Bağıyev (115 kq) və Nizami Qafarov (+115 kq) kişilərin mübarizəsində qalib adını qazanıblar. N.Qafarov həm də mütləq çəkidə birinci yeri tutub.
0