Qeyb olan illər
08.04.2008 - 12:27
Yunan-Roma güləşçimiz Rövşən Bayramov erməni Roman Amoyanı Bakıda olduğu kimi, uzaq Skandinaviya diyarında da yerə çırpdı. İstər Mariya Stadnik, istər Elvira Mürsəlova, istərsə də Emin Əzizov, Çamsulvara Çamsulvarayev, Novruz Temrezov və Əli İsayevin alın təri ilə, təkcə rəqiblərlə deyil, bəzən hakimlərlə də mübarizədə qazandıqları medallar həqiqətən də alqışalayiqdir. Bunlarla yanaşı, Rövşən Bayramovla Emin Əzizovun Pekin Yay Olimpiya Oyunlarına daha iki lisenziyaya sahib çıxması da vurğulanmalıdır.
Bəs görəsən, bu uğurları ötən il Bakıda keçirilən dünya çempionatında əldə etmək olmazdımı? Axı mane olan nə idi? Doğrudanmı kişilərin mübarizəsində qazanılan bir qızıl və bir bürünc medal əsl reallıqdan xəbər verirdi? Əlbəttə, Bakıda 104, Tamperedə isə 40-dək ölkənin təmsil olunduqlarını vurğulamaqla, iki yarış arasında böyük fərqin olduğunu iddia etmək mümkündür. Amma güləşin coğrafiyasına nəzər yetirdikdə, dünya çempionatında bu idman növündə medalların əksəriyyətinin elə “köhnə qitə” təmsilçiləri tərəfindən qazanıldığını görmək olar. İstər dünya, istərsə də Avropa çempionatında komanda hesabında birinci yeri Rusiya pəhləvanları tutmuşdu. Gürcüstan və Türkiyə güləşçiləri hər iki yarışda medallara iddialı sayılırdılar. Yəni, adına dünya çempionatı deyilməsinə və qitə birinciliyi ilə müqayisədə iştirakçı sayının az qala üçqat artıq olmasına baxmayaraq, yüksək yerləri tutanların əksəriyyəti Avropa ölkələrindən gələnlər idi. Hələ dünya çempionatında qitə birinciliyindəki kimi, mübarizənin hər çəkidə bir deyil, səkkiz lisenziya uğrunda getdiyini demirəm...
Digər tərəfdən, medal sayını əldə bayraq tutaraq, sərbəst və “klassik” güləşçilərimizin iki mötəbər yarışda hərəyə cəmi iki lisenziya ilə kifayətlənmələrinə heç cür haqq qazandırmaq olmur. Belə görünür ki, 1996 və 2000-ci illərdə keçirilən Olimpiadalarda gümüş və qızıl medal qazanan Namiq Abdullayevin uğurlarına əsaslanaraq, “Azərbaycanda güləş çox yüksək sürətlə inkişaf edir” söyləyənlər xeyli yanılıblar. İnkişaf bir nəfərlə deyil, kütləvi uğurla ölçülür. Onlar yuxarı çəkilərə legionerləri doldurub, bunu “bizdə ağır çəkili pəhləvanlar yoxdur” deyə əsaslandırırdılar. Son iki mötəbər yarış isə hətta aşağı çəkilərdə də uğur qazanmağa qadir güləşçilərimizin olmadığını göstərdi. Artıq Namiqin 36 yaşı var. Bu gün-sabah karyerasını bitirəcək. O zaman Abdullayevi kim əvəzləyəcək? Bəlkə Abil İbrahimov? Bəlkə Allahverdi Vəliyev? Avropa çempionatında onların nəyə qadir olduqlarını, daha dəqiqi, heç nəyə qadir olmadıqlarını hamı gördü. 7 sərbəst güləşçimiz arasında ən zəif nəticələri elə onlar göstərdilər: Abil 8-ci, Allahverdi 16-cı yeri tutdu. Belə getsə, aşağı çəkilərdə də dağıstanlılar meydan sulayacaqlar.
Yunan-Roma güləşində də ehtiyat qüvvə sarıdan problemlər var. Son illər demək olar ki, bütün mötəbər yarışlardan cəmi 3 “klassik” güləşçimiz uğurla çıxış edib. Onlardan ikiqat Avropa çempionu Rövşən Bayramov, Olimpiya və dünya çempionu Fərid Mansurov artıq Pekin Olimpiadasına lisenziyanı təmin edib. Yəqin ki, qarşıdakı iki lisenziya turnirində Tampereyə zədə üzündən aparılmayan 2005-ci ilin Avropa çempionu Vitali Rəhimovdan savayı, Pekinə vəsiqə qazanan olmayacaq. Amma həm Fərid, həm də Vitalinin iştirak etmədiyi Avropa çempionatında onları əvəzləyənlərin çıxışlarını uğurlu saymaq mümkün deyil. Rəhimovun yerinə Tampereyə aparılan Fuad Əliyev 27 güləşçi arasında sonuncu oldu. Hüsaməddin Rəcəbov isə 7-ci yerlə kifayətləndi. 28 güləşçi arasında 10-cu olan İlqar Abdulovun da çıxışı qənaətbəxş sayıla bilməz. Ağır çəkilərdə yer alan Denis Mişinlə Anton Botevin çıxışlarından isə danışmağa dəyməz.
Belə görünür ki, ölkəmizin müstəqillik tarixi ərzində yüksək rəqabət qabiliyyətli idmançılar yetişdirmək mümkün olmayıb. Günü günə satmışıq. Bir də o zaman ayılmışıq ki, milli idman növü sayılan güləşimizə rus, gürcü, dağıstanlı, osetin və digər millətlərin nümayəndələri doluşub. Görəsən, itirilən illərin günahkarları kimdir? Bəlkə Namiq Abdullayev? Bəlkə Fərid Mansurov?

0
0