Premyer Liqa: “Neftçi” debütanta qarşı - YENİLƏNİR
22.08.2025 - 10:10
Premyer Liqa: “Neftçi” debütanta qarşı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında II tura start veriləcək.

Apasport.az xəbər verir ki, tur Şamaxıda başlayacaq.

Açılış oyununda "İmişli" "Neftçi"ni qəbul edəcək.

Matç saat 17:00-da start götürəcək. Görüşü Rauf Cabarov idarə edəcək.

Azərbaycan Premyer Liqası
II tur
22 avqust

17:00. “İmişli” – “Neftçi”
Baş hakim: 
Rauf Cabarov
Şamaxı şəhər stadionu

Qeyd edək ki, II turun digər matçları 23-25 avqust tarixlərində keçiriləcək.