Millimiz növbəti matçlarını keçirəcək
03.06.2026 - 10:53
Millimiz növbəti matçlarını keçirəcək

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandası Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda növbəti oyunlarına çıxacaq.

Apasport.az xəbər verir ki, A qrupunda yer alan yığmamız Çexiya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:05-də start götürəcək.

Millimiz günün ikinci matçında Polşa seçməsi ilə qarşılaşacaq. Bu görüş saat 20:55-də başlayacaq.

3x3 basketbol üzrə Dünya Kubokuna iyunun 7-də yekun vurulacaq.