DÇ-2026: Fransa Paraqvaya qarşı - YENİLƏNİR
04.07.2026 - 18:18
DÇ-2026: Fransa Paraqvaya qarşı - YENİLƏNİR

2026-cı il dünya çempionatında bu gün 1/8 final mərhələsinin oyunlarına start veriləcək.

Apasport.az xəbər verir ki, günün son qarşılaşmasında Fransa və Paraqvay milliləri üz-üzə gələcəklər.

Görüş Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Qeyd edək ki, Fransa 1/16 final mərhələsində İsveçi, Paraqvay isə Almaniyanı məğlub etmişdi.

DÇ-2026
1/8 final
5 iyul

01:00. Paraqvay – Fransa