2026-cı il dünya çempionatında L qrupunun II turunun oyunlarına start veriləcək.
Apasport.az xəbər verir ki, İngiltərə millisi Qana yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, hər iki komanda mundiala qələbə ilə start verib. İngiltərə ilk turda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib. Qana isə Panamadan üstün olmağı bacarıb - 1:0.
Dünya çempionatı
L qrupu, II tur
24 iyun
00:00. İngiltərə – Qana
İngiltərə: Pikford, Ceyms, Guehi, Konsa, Spens, Anderson, Rays, Bellinqem, Madueke, Qordon, Keyn
Qana: Asare, Senaya, Adjetey, Opoku, Mensah, Partey, Yirenki, Sibo, Uilyams, Semenyo, Ayyu