KL: "Araz-Naxçıvan" "Omoniya"ya qarşı - YENİLƏNİR
07.08.2025 - 09:33
KL: "Araz-Naxçıvan" "Omoniya"ya qarşı - YENİLƏNİR

“Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Elmar Baxşıyevin başçılıq etdiyi kollektiv Bakıda Kiprin “Omoniya” komandası ilə qarşılaşacaq.

“Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu isə avqustun 14-də Kiprdə baş tutacaq.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun

20:00 Araz-Naxçıvan – Omoniya (Kipr)