![AFFA bu klubları cəzalandırdı](https://ww3.apasport.az/storage/news/2024/february/08/big/65c4b575e2c7265c4b575e2c73170739032565c4b575e2c7065c4b575e2c71.jpg)
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXI turunda baş verənlər müzakirə olunub və İntizam Komitəsinin qərarları açıqlanıb.
“Səbail” – “Qarabağ” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqları 700 manat cərimələnib. Matçın 66-cı dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə alan Maksim Medvedev 1 oyun cəzalanıb və klubunu 500 manat ziyana salıb.
“Sabah” – “Turan Tovuz” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimə edilib. Qonaq azarkeşlərin oturduğu sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərər “Turan Tovuz” klubu tərəfindən qarşılanmasına qərar verilib.