Güləşçilərimiz Bolqarıstanı 4 medalla tərk edir
05.03.2023 - 18:50
![Güləşçilərimiz Bolqarıstanı 4 medalla tərk edir](https://ww3.apasport.az/storage/news/2023/march/05/big/6404ad84b7b606404ad84b7b6116780281646404ad84b7b5e6404ad84b7b5f.jpg)
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dan Kolov və Nikola Petrovun xatirə turnirində Azərbaycan güləşçiləri 4 medal qazanıb.
Apasport.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 2 güləşçisi final görüşünə çıxıb.
Mariya Stadnik (50 kq) qazaxıstanlı Svetlana Ankiçevaya (10:0), Georgi Meşvildişvili (120 kq) isə həlledici görüşdə iranlı Mustafa Tağaniyə 7:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Xatırladaq ki, daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal əldə edib.
0
0