271 min manatlıq UDUŞ
10.12.2022 - 13:25
![271 min manatlıq UDUŞ](https://ww3.apasport.az/storage/news/2022/december/10/big/639442468daba639442468dabb1670660678639442468dab7639442468dab9.jpg)
Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevər DÇ-2022-də 1/4 final oyununun hesabını düzgün təxmin edib.
O, Niderland – Argentina görüşünün 2:2 hesabı ilə nəticələnəcəyini proqnozlaşdırıb. Better 20 əmsallıq variant üçün 500 min rubl (13 min 550 manat) qoyub.
Yekunda müştəri 10 milyon rubl (271 min manat) uduşa sahib çıxıb. Bunun 9 milyon 500 min rubl (257 min 450 manat) qazancdır.
Qeyd edək ki, Niderland 90+11-ci dəqiqədə hesabı bərabərləşdirib.
0
0