19 yaşlı müdafiəçi uğrunda "Milan" və "Yuventus" mübarizə aparacaq
20.03.2024 - 16:34
![19 yaşlı müdafiəçi uğrunda "Milan" və "Yuventus" mübarizə aparacaq](https://ww3.apasport.az/storage/news/2024/march/20/big/65faa85a939cd65faa85a939ce171092591465faa85a939cb65faa85a939cc.jpg)
Hüquqları "Leççe"yə məxsus olan perspektivli müdafiəçi Patrik Dorqu İtaliya A Seriyası nəhənglərinin diqqətindədir.
Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçunun transferində "Milan" və "Yuventus" klubları maraqlıdır.
Futbolçunun yay "transfer pəncərəsi"ndə Seriya A nəhənglərindən birinə qoşulması mümkündür.
Bu mövsüm Patrik 25 matçda iştirak edib, o, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Danimarkalının "Leççe" ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Onun transfer qiyməti 7 milyon avro olaraq qiymətləndirilir.
0
0