Bakıda Kamandan Oxatma üzrə ölkə birinciliyinə start verilib
06.02.2025 - 17:29
![Bakıda Kamandan Oxatma üzrə ölkə birinciliyinə start verilib](https://ww3.apasport.az/storage/news/2025/february/06/big/67a4b921eb0df67a4b921eb0e0173884854567a4b921eb0dd67a4b921eb0de.jpeg)
Bu gün Bakıda Kamandan Oxatma üzrə ölkə birinciliyi və çempionatına start verilib.
Apasport.az xəbər verir ki, turnirə Azərbaycanın müxtəlif bölgələrindən olan 60-a yaxın idmançı qatılıb.
Kişi və qadın oxatanlar 3 yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alırlar.
Qeyd edək ki, çempionata fevralın 7-də yekun vurulacaq.
0
0