Renat oynadı, komandası məğlub oldu
13.01.2025 - 10:16
![Renat oynadı, komandası məğlub oldu](https://ww3.apasport.az/storage/news/2025/january/13/big/6784ac782c6336784ac782c63417367481526784ac782c6066784ac782c632.jpg)
Türkiyə birinci liqasında 19-cu turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, milli komandamızın üzvü Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” səfərdə “Amedspor”a uduzub - 0:1.
Renat oyunun 72-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, “Ankaragücü” 27 xalla turnir cədvəlində 8-ci pillədədir.
0
0