Super Liqa təmsilçisində yeni təyinat: Mourinyonun köməkçisi “Bodrumspor”da
08.02.2025 - 10:23
![Super Liqa təmsilçisində yeni təyinat: Mourinyonun köməkçisi “Bodrumspor”da](https://ww3.apasport.az/storage/news/2025/february/08/big/67a6f64b1729967a6f64b1729a173899527567a6f64b1729767a6f64b17298.jpeg)
Türkiyə Super Liqası təmsilçilərindən “Bodrumspor”un yeni baş məşqçisi açıqlanıb.
Apasport.az xəbər verir ki, komandanın sükanı arxasına Xose Morais keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Morais "Real Madrid", "Çelsi" "İnter" kimi komandalarda "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun köməkçisi olub.
Qeyd edək ki, “Bodrumspor"da bir neçə gün əvvəl baş məşqçi Volkan Demirellə yollar ayrılıb. Komanda Super Liqada 21 turdan sonra 16 xalla 17-ci sıradadır.
0
0