Neymar yenə zədələndi
26.11.2025 - 16:55
"Santos"da çıxış edən Neymar yenidən zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb. Braziliyalı vinger dizindən zədə alıb.
Neymar 2025-ci il başa çatana kimi meydana çıxa bilməyəcək. 32 yaşlı futbolçu Liqada qalmaq uğrunda mübarizə aparan komandasının son 3 oyununda iştirak etməyəcək.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında sol dizinin ön çarpaz bağında yırtıq yaranan Neymar o vaxtdan bəri formasını bərpa edə bilməyib. Bundan əlavə, təcrübəli oyunçu təkcə 2025-ci ildə 4 dəfə zədələnib.
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- "Sumqayıt"a kim yaraşar: Uğuru, yoxsa pulu düşünən?
- Güləşçilərimiz Dünya seriyasında 1 qızıl və 1 bürünc medal qazanıblar
- Vüqar Mustafayev Azərbaycan çempionatlarında yubiley matçına çıxıb
- "Arsenal" "Real Madrid"in ulduzu üçün 85 milyon avro ödəməyə hazırdır
0
0