Bosniya hesabda öndə - YENİLƏNİR
13.06.2026 - 00:13
Bosniya hesabda öndə - YENİLƏNİR

2026-cı il dünya çempionatında B qrupunun oyunlarına start verilib. 

Apasport.az xəbər verir ki, ev sahiblərindən olan Kanada millisi ilk matçında Bosniya və Herseqovina ilə qarşılaşır. 

Toronto stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb. 

Oyunda hesab 21-ci dəqiqədə açılıb. İvan Başiçin künc zərbəsindən ötürməsindən sonra Yovo Lukiç cərimə meydançasında başla dəqiq oynayıb.

DÇ-2026

​​​​​B qrupu

12 iyun 23:00

Kanada - Bosniya və Herseqovina 0:1

Qol: Lukiç, 21

Kanada:
Maksim Krepo, Alister Conston, Lük de Fuqerol, Derek Kornelius, Riçi Lareya, Tajon Byukenen, İsmail Kone, Stefan Eustakio, Liam Millar, Conatan Devid, Tani Oluvaseyi.

Bosniya və Herseqovina:
Nikola Vasil, Amar Dediç, Nikola Katiç, Tarik Muharemoviç, Sead Kolaşinaç, Esmir Bayraktareviç, İvan Başiç, Benjamin Tahiroviç, Amar Memiç, Ermedin Demiroviç, Yovan Lukiç.