"Fənərbaxça" evdə "Qalatasaray"ı qəbul edir - YENİLƏNİR
01.12.2025 - 09:19
Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi olacaq.
Apasport.az xəbər verir ki, lider “Qalatasaray” XIV turda səfərdə “Fənərbaxça” ilə üz-üzə gələcək. Matça saat 21:00-da start veriləcək.
“Fənərbaxça” bu görüşdə qələbə qazansa, birinci pilləyə yüksələcək.
Hazırda “Qalatasaray”ın 32, “Fənərbaxça”nın isə 31 xalı var.
1
0