!["Qalatasaray" və "Fənərbaxça" Avropa Liqasında - Çempionluq şansları](https://ww3.apasport.az/storage/news/2025/february/13/big/67ae01e994e5667ae01e994e57173945700167ae01e994e4c67ae01e994e55.jpg)
UEFA Avropa Liqasının pley-off mərhələsində “Qalatasaray” "AZ Alkmaar"la, “Fənərbaxça” isə “Anderlext”lə cütün taleyinə aydınlıq gətirəcək.
Apasport.az xəbər verir ki, "Football Meets Data" Türkiyə komandalarının Avropa Liqasını qazanma ehtimalını açıqlayıb.
Simulyasiyaya görə, Avropa Liqasının ən ciddi favoritləri 16 faizlik göstərici ilə "Latsio" və "Atletik Bilbao"dur.
"Lyon", "Frankfurt" və "Roma"nın çempionluq şansları müvafiq olaraq 8, 7 və 6 faiz olaraq müəyyən edilib.
Türkiyə təmsilçiləri “Fənərbaxça” və “Qalatasaray”ın çempionluq əmsalları isə "Real Sosyedad" və "Olimpiakos"la eyni göstərilib.
Belə ki, simulyasiyaya görə türk klublarının Avropa Liqasının qalibi olma ehtimalı 3 faizdir.
Qitənin ən nüfuzlu ikinci turnirində qalib olma şansı ən aşağı olan komandalar isə liqa mərhələsində təmsilçimiz "Qarabağ"a rəqib olmuş FKSB və Midtyulann kollektivləridir. Onların çempionluq faizləri 0.01 faiz olaraq qiymətləndirilib.