DÇ-26: İsveçrəyə şok: Qətər son dəqiqədə 1 xalı qopardı - YENİLƏNİB
14.06.2026 - 01:02
DÇ-26: İsveçrəyə şok: Qətər son dəqiqədə 1 xalı qopardı - YENİLƏNİB

2026-cı il dünya çempionatında B qrupunun növbəti matçı keçirilib. .

Apasport.az xəbər verir ki, ötən mundialın ev sahibi olan Qətər millisi ilk matçında İsveçrə ilə qarşılaşıb.

"San Fransisko Bay Area" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Görüşdə hesabı 17-ci dəqiqədə İsveçrə açıb. Bril Embolo penalti nöqtəsində dəqiq oynayıb. Oyunun son dəqiqələrində Qətər hesabı bərabərləşdirib. Bualem Xuxi başla dəqiq oynayaraq ölkəsinə 1 xal qazandırıb. 

DÇ-2026
B qrupu
13 iyun 23:00
Qətər - İsveçrə 1:1
Qol:
 B. Embolo, 16-p., B. Xuxi, 90+5
Qətər: M. Abunada, A. Oy, P. Migel, B. Xuxi, H. Əl-Amin, S. Laye, J. Caber, A. Madibo, E. Junior, Y. Abdurisağ, A. Afif.
İsveçrə: G. Kobel, D. Zakariya, N. Elvedi, M. Akanci, M. Abişe, R. Froyler, Q. Caka, R. Rodrigez, D. Ndoye, B. Embolo, R. Varqas.