Millimiz Bəhreynə qarşı - YENİLƏNİR
06.06.2026 - 09:57
Azərbaycanın U-21 millisi bu gün növbəti yoxlama oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Rəşad Eyyubovun yetirmələri Bəhreynin U-20 yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Türkiyənin Isparta şəhərindəki SAV stadionunda keçiriləcək.
Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq və CBC Sport kanalı vasitəsiylə canlı yayımlanacaq.
Qeyd edək ki, U-21 millimiz Türkiyədə təlim-məşq toplanışını davam etdirir.
Yoxlama oyunu
Azərbaycan U21 - Bəhreyn U20
18:00
SAV Stadyumu, Türkiyə, Isparta
0
0