"Sabah"ın rəqibindən məğlubiyyət
02.07.2024 - 14:06

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Makkabi" növbəti yoldaşlıq oyununu keçirib.
Apasport.az xəbər verir ki, Hayfa təmsilçisi İsrailin Olimpiya yığması ilə qarşılaşıb və 1:5 hesabı ilə məğlub olub.
İsrail təmsilçisi bu gün təlim-məşq toplanışının ikinci mərhələsi üçün İspaniyaya yollanacaq. "Sabah"ın rəqibi İspaniyada daha iki yoxlama görüşü keçirməyi planlaşdırır.
Qeyd edək ki, "Sabah" – "Makkabi" matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.
0
0