DÇ-2026: Cənubi Koreyadan geridönüş - YENİLƏNİB
12.06.2026 - 07:55
DÇ-2026: Cənubi Koreyadan geridönüş - YENİLƏNİB

Futbol üzrə DÇ-2026-ya start verilib. 

Apasport.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın ikinci oyunu Meksikada keçirilib.

A qrupunda Cənubi Koreya ilə Çexiya qarşılaşıb.

“Akron” stadionunda baş tutan matçın ilk hissəsindən qol səsi çıxmayıb. Görüşdə hesabı 59-cu dəqiqədə Çexiya açıb. Vladislas Kreyçi başla dəqiq oynayıb. 

Lakin Asiya təmsilçisi ardıcıl qollarla hesabda geridönüş etməyi bacarıb. Koreyalılar Hvanq İn Boem və "Beşiktaş" forması geyinən Hyon Gyu Ohun qollarıyla matçdan qalib ayrılıb: 2:1

DÇ-2026
A qrupu
12 iyun
Cənubi Koreya - Çexiya 2:1

Qol: V. Kreyçi, 59, Hvanq İn Beom, 67, Hyon Gyu Oh, 80

Cənubi Koreya: Kim Seunq-Gyu, Li Gi-Hyuk, Kim Min-Ce, Li Han-Bom, Sol Yonq-Vu, Hvan İn-Bom, Pek Seunq-Ho, Li Te-Seok, Li Kanq-İn, Li Ce-Sun, Son Hın-Min.

Çexiya: Matey Kovar, Ştepan Çaloupek, Robin Hranac, Ladislav Kreyçi, Vladimir Tsoufal, Tomaş Souçek, Aleksandr Soyka, Yaroslav Zeleni, Lukaş Provod, Pavel Şults, Patrik Şik.