Avropa Liqası: "Qarabağ" "Beşiktaş"la qarşılaşa bilər - YENİLƏNİR
17.06.2026 - 11:08
Avropa Liqası: "Qarabağ" "Beşiktaş"la qarşılaşa bilər - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq.

Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. 

Azərbaycan çempionu “Qarabağ” da II təsnifat mərhələsində səpələnmişlər səbətində olacaq. Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdırsa, növbəti raundda “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Hammarbü” (İsveç) və ya ÇSKA Sofiya (Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. 

Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da baş tutacaq.