Çempionlar Liqası: "Sabah"ın potensial rəqibi bəlli olur - YENİLƏNİR
17.06.2026 - 11:35
Çempionlar Liqası: "Sabah"ın potensial rəqibi bəlli olur - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında baş tutacaq.

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 

Azərbaycan çempionu “Sabah” bu raundda səpələnməmişlər səbətində yer alacaq. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda I təsnifat mərhələsində TNS-i mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə daha güclü rəqiblərdən biri ilə qarşılaşacaq.

“Sabah”ın mümkün rəqibləri “Srvena Zvezda” (Serbiya), “Lex” (Poznan, Polşa), “Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi, “Jalqiris” (Litva) – “Drita” (Kosovo) cütünün qalibi və ya “Linkoln” (Cəbəllütariq) – “İnter” (Eskaldes, Andorra) cütünün qalibidir.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab matçları isə iyulun 28-29-da baş tutacaq.