DÇ-2026: Portuqaliya qələbə axtarışında - YENİLƏNİR
23.06.2026 - 11:38
DÇ-2026: Portuqaliya qələbə axtarışında - YENİLƏNİR

2026-cı il dünya çempionatında K qrupunun II turunun oyunlarına start veriləcək.

Apasport.az xəbər verir ki, Portuqaliya millisi II tur çərçivəsində Özbəkistan yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, hər iki komanda mundialda hələ qələbə qazana bilməyib. Portuqaliya ilk turda Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə edib. Özbəkistan isə Kolumbiyaya 1:3 hesabı ilə məğlub olub.

Dünya çempionatı
K qrupu, II tur
23 iyun

21:00. Portuqaliya – Özbəkistan