Diniyev ilk oyununda dubl etdi, komandası qələbə qazandı - video
11.02.2025 - 22:37
Diniyev ilk oyununda dubl etdi, komandası qələbə qazandı - video

Azərbaycan yığmasının futbolçusu Coşqin Diniyevin "Çorum"dakı debütü uğurlu alınıb.

Apasport.az xəbər verir ki, o, Türkiyə I Liqasının XXIV turunda komandanın heyətində keçirdiyi ilk oyunda iki dəfə fərqlənib.

Bir neçə gün əvvəl "Bandırmaspor" "Çorum"a dəyişən Coşqun 14-cü dəqiqədə hesabı açıb. O, fasilədən dərhal sonra daha bir qol vuraraq, komandasının "Yeni Malatyaspor"la görüşdə 3 xal qazanmasında böyük rol oynayıb.

Qarşılaşma "Çorum"un 2:0 hesablı qələbəsi yekunlaşıb.

Qeyd edək ki, "Çorum" qazandığı 3 xal sayəsində xallarının sayını 38-ə çatdıraraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.