UEFA reytinqi: Azərbaycan 28-ci pillədə qərarlaşıb
31.01.2025 - 09:31
![UEFA reytinqi: Azərbaycan 28-ci pillədə qərarlaşıb](https://ww3.apasport.az/storage/news/2025/january/31/big/679c60af6e70c679c60af6e70d1738301615679c60af6e70a679c60af6e70b.jpg)
Azərbaycan UEFA reytinqində 28-ci pillədə qərarlaşıb.
Apasport.az xəbər verir ki, avrokuboklarda həftənin oyunlarından sonra ölkənin mövqeyində dəyişiklik olmayıb.
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanda "Olimpiakos"a uduzan (0:3) "Qarabağ" Azərbaycanın (19.625) əmsalına fayda verə bilməyib.
Bolqarıstan (19.874) 27-ci, Sloveniya (18.343) 29-cudur.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (106.624) başçılıq edir.
0
0