DÇ-26: Kanada Qətərə qarşı - YENİLƏNİR
18.06.2026 - 17:17
DÇ-26: Kanada Qətərə qarşı - YENİLƏNİR

2026-cı il dünya çempionatında B qrupunun II turunun növbəti oyunu keçiriləcək.

Apasport.az xəbər verir ki, Kanada millisi Qətərlə qarşılaşacaq.

Görüş bu gün Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.

Hər iki komanda ilk turda heç-heçə edib. Kanada Bosniya və Herseqovina ilə, Qətər isə İsveçrə ilə 1:1 hesablı bərabərliyə razılaşıb.

Qeyd edək ki, B qrupunun digər oyununda İsveçrə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Dünya çempionatı
B qrupu, II tur
19 iyun

02:00. Kanada - Qətər